Bank Of Baku

«Joint Leasing» maliyyələşmə mənbələrini diversifikasiya edir

«Joint Leasing» maliyyələşmə mənbələrini diversifikasiya edir
# 21 may 2009 14:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Joint Leasing» Azərbaycan-Britaniya şirkəti maliyyələşmə mənbələrinin diversifikasiyasını təmin etmək məqsədilə alternativ mənbələrdən vəsait cəlb etməyi planlaşdırır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bunun üçün şirkətin maliyyə hesabatlarının şəffaflığı təmin olunub, bütün hesabatlar beynəlxalq standartlara uyğun hazırlanıb və nüfuzlu audit şirkəti tərəfindən təsdiqlənib.

Qeyd edək ki, şirkətin maliyyə göstəricilərinin azalmasının səbəbini Beynəlxalq Bankın (ABB) İdarə Heyətinin sədr müavini Vaqif Əkbərov hazırkı şəraitdə dünya miqyasında
müşahidə olunan vəsait çatışmazlığı və qlobal maliyyə böhranı ilə izah edib.

V.Əkbərov bu problemin tezliklə aradan qalxacağını bildirib: «Lizinq bazarı bizim bank üçün əsas prioritetlərdən biridir və «Joint Leasing» şirkətinə lazımi səviyyədə maliyyə dəstəyi göstəriləcək. Bununla yanaşı, şirkət özü də ötən ili olduqca müsbət göstəricilərlə başa vurub. İstənilən halda artıq tezliklə «Joint Leasing»in yenidən Azərbaycanın lizinq bazarında liderliyə yüksələcəyinə əminəm».

Xatırladaq ki, «Joint Leasing» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 14 iyun 2007-ci il tarixindən «AzeriLeasing» şirkətinin hüquqi varisi kimi fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Azərbaycan Beynəlxalq Bankı (47,6%) və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının «Dolphin Leasing Ltd.» (52,4%) şirkəti çıxış edir. «Joint Leasing» şirkətinin sələfi, Azərbaycanın ilk lizinq şirkəti olan «AzeriLeasing» isə 1999-cu ildə yaradılıb.

Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfeli 40,157 mln. manat, məcmu kapitalı 2,731 mln. manat, nizamnamə kapitalı 0,700 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR