Bank Of Baku

Azərbaycan bazarına yeni xarici bank çıxır

Azərbaycan bazarına yeni xarici bank çıxır
# 22 may 2009 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Türkiyənin «İş Bankası» Azərbaycanda şöbəsini açmaq niyyətindədir.

«APA-Economics»in Türkiyənin «Anadolu» agentliyinə istinadən verdiyi məlumata görə, «İş Bankası» Qahirədə (Misir) nümayəndəlik, Bakıda isə şöbəsinin açılması üçün Bankçılıq Tənzimləmə və Nəzarətetmə Qurumundan (BDDK) müvafiq icazə aldığını bildirilir.

Azərbaycan Mərkəzi Bankından (AMB) isə bununla bağlı heç bir müraciətin edilmədiyi bildirilir.

Qeyd edə ki, hazırda Azərbaycanda «Commerzbank» (Almaniya), «Citibank»ın Türkiyə filialının nümayəndəliyi, «YapıKredi Bank Azerbaijan» (Türkiyə), «Accessbank» (100% xarici kapitallı), «Bank Nikoil» (Rusiya), Pakistan Milli Bankı (Pakistan), Melli İran Bankının Bakı filialı (İran) və digər xarici kapitallı banklar fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR