Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri İsveçrə Milli Bankının başçısı ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri İsveçrə Milli Bankının başçısı ilə görüşüb
# 22 may 2009 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Bakıda səfərdə olan İsveçrə Milli Bankının sədri Jan Pyer-Rotun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, görüşdə qlobal maliyyə böhranı, onun dünya iqtisadiyyatına təsiri, Azərbaycanda böhrana qarşı həyata keçirilən preventiv tədbirlər, həmçinin ölkədə maliyyə sabitliyinin təmin edilməsində AMB-nin rolu müzakirə edilib.

J.Pyer-Rot ölkədə aparılan iqtisadi islahatlar, AMB-nin həyata keçirdiyi monetar siyasət və ümumilikdə böhranla mübarizə istiqamətində atılmış addımları yüksək qiymətləndirib.

Görüş zamanı iki ölkənin mərkəzi bankı arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR