Bank Of Baku

Gələn aydan Azərbaycanda ipoteka kreditləşməsi bərpa olunacaq

Gələn aydan Azərbaycanda ipoteka kreditləşməsi bərpa olunacaq
# 22 may 2009 13:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 1-dən etibarən Azərbaycan İpoteka Fondu (AİF) müvəkkil bankların kreditləşməsini bərpa edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti vəzifəsini icra edən Etibar Əliyev bildirib.

E.Əliyevin sözlərinə görə, ipoteka kreditləri üzrə şərtlərlə ciddi dəyişiklik edilməyib: «Kreditlər üzrə faiz dərəcəsi və müddət köhnə ipoteka şərtləri ilə eynidir».

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il isə dövlət büdcəsindən AİF-ə 34 mln. manatın ayrılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR