Bank Of Baku

«Bank Respublika» bu gün 17 illiyini qeyd edib

«Bank Respublika» bu gün 17 illiyini qeyd edib
# 22 may 2009 14:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) fəaliyyətinin 17 illiyini qeyd edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, fəaliyyət göstərdiyi illər ərzində bank müştəri xidmətləri şəbəkəsini genişləndirib. Hazırda bankın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Quba, Xaçmaz, Lənkəran, Astara, Masallı, Cəlilabad, Yevlax, Bərdə, Şəmkir, Göyçay və Goranboy şəhər və rayonlarında 32 filial və şöbəsi fəaliyyət göstərir. Bankın 17 filialı regionlarda xidmət göstərir.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildə açılıb. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprel ayında bankın kapitalında «25%+1 səhm» iştirak payı alıb.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 386,2 mln. manat, kredit portfeli 248,5 mln. manat, depozit portfeli 140 mln. manat, məcmu kapitalı 51,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR