Bank Of Baku

ABŞ rəhbərliyi ölkənin kredit reytinqinin azalması ehtimalının olmadığını düşünür

ABŞ rəhbərliyi ölkənin kredit reytinqinin azalması ehtimalının olmadığını düşünür
# 23 may 2009 08:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ Prezidentinin Administrasiyasında hesab etmirlər ki, ölkə öz ən yüksək kredit reytinqindən (AAA) məhrum edilə bilər. “APA-Economics”in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bəyan edən Barak Obamanın mətbuat katibi Robert Qibbs vurğulayıb ki, ölkənin kredit reytinqinin azalmasını gözləmir. Bir qədər əvvəl “Moody’s” beynəlxalq reytinq agentliyi bəyan edib ki, Amerika hökumətinin ödəmə qabiliyyətinə şübhə etmir, lakin ən yüksək kredit reytinqinin ABŞ üçün həmişəlik qalacağına təminat verilmir.

Qeyd edək ki, dünyanın aparıcı ölkələrinin reytinqlərinin və bununla birlikdə reytinqlə qiymətləndirilən ölkələrin ödəmə qabiliyyətlərinin azaldılması məsələləri “Standard&Poor’s” beynəlxalq reytinq agentliyi tərəfindən mayın 20-də Böyük Britaniyanın reytinqi üzrə proqnozunun “sabitdən” “neqativə” dəyişməsindən sonra aktuallaşıb. Xatırladaq ki, proqnozun azaldılmasına əsas səbəb kimi Böyük Britaniyanın dövlət borcunun kəskin sürətlə artması göstərilib. Agentliyin məlumatında bildirilib ki, ölkənin dövlət borcu ÜDM-in 100%-nə bərabər ola və bu vəziyyət ortamüddətli perspektivdə qala bilər. Bu xəbər maliyyə bazarlarında böyük narahatlıq yaradıb, investorlar arasında bu günə kimi sarsılmaz hesab olunan digər aparıcı ölkələrin və ilk növbədə ABŞ-ın reytinqinin azaldılması barədə fikir və ehtimalların meydana çıxmasına səbəb olub.

ABŞ və Böyük Britaniya böhrandan çıxmaq üçün öz maliyyə sektorlarına oxşar dəstək modellərini seçib ki, bu da hər iki ölkənin dövlət borcunun və bununla bağlı büdcə kəsirlərinin artmasına gətirib çıxarıb. Reytinqin azaldılması üçün dövlət borcunun miqdarı və artım tempi, eyni zamanda büdcə kəsirləri kimi göstəricilər əsas götürülürsə, Böyük Britaniyadan sonra məhz ABŞ-ın reytinqin azaldılması məntiqi görünür. Lakin bütün analitiklər vurğulayır ki, məlum səbəblərə görə, ABŞ-la bağlı belə addımlar atılmayacaq.

Xatırladaq ki, böhran ərzində İrlandiya, Yunanıstan, Portuqaliya və İspaniya kimi ölkələrin kredit reytinqləri azaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR