Bank Of Baku

Azərbaycanda əhalinin milli valyutada bank əmanətləri 23% azalıb

Azərbaycanda əhalinin milli valyutada bank əmanətləri 23% azalıb
# 25 may 2009 07:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayının 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 1 772,7 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əmanətlərin 661,9 mln. manatı (37,3%-i) milli, 1 110,8 mln. manatı (62,7%-i) isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq əmanətlərin milli valyutada qoyuluşu 22,9% azalıb, xarici valyutada isə 52,4% artıb.

Həmin vəsaitlərin 74%-i (1,311 mlrd. manatı) özəl banklara qoyulub.

Qeyd edək ki, 2009-cu ilin aprel ayında manatın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 100 Rusiya rubluna - 2,40 manat, 1 avroya – 1,06 manat, ilin əvvəlində isə müvafiq olaraq 0,80 manat, 2,39 manat və 1,06 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR