Bank Of Baku

Azərbaycan Mikromaliyyə Assosiasiyası Belqradda keçirilən konfransda iştirak edir

Azərbaycan Mikromaliyyə Assosiasiyası Belqradda keçirilən konfransda iştirak edir
# 25 may 2009 07:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Belqradda (Serbiya) «Poland Micro Finance Center» (MFC) təşkilatının XII beynəlxalq konfransı işə başlayıb. Bu barədə «APA-Economics»ə toplantıda iştirak edən Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva məlumat verib.

J.Hacıyevanın sözlərinə görə, mayın 27-dək davam edəcək tədbirin əsas mövzusu «Qlobal böhran şəraitində mikromaliyyə təşkilatları üçün təhlükə və imkanlar» olacaq. Həmçinin, konfrans çərçivəsində maliyyə və mikromaliyyə təşkilatları üçün investor yarmarkasının keçirilməsi də nəzərdə tutulub.

J.Hacıyeva bildirib ki, beynəlxalq konfransda Azərbaycan tərəfdən təxminən 10 maliyyə təşkilatının 15-ə yaxın nümayəndəsi iştirak edir.

Qeyd edək ki, Azərbaycan «Poland Mikro Finance Center» təşkilatının İdarə Heyətinə ötən ilin mart ayında üzv olub.

Xatırladaq ki, AMA 2001-ci ildən fəaliyyət göstərir. Azərbaycandakı 16 mikromaliyyə təşkilatından 14-ü AMA-nın üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR