Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsi I rübdə 31% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi I rübdə 31% artıb
# 25 may 2009 08:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I rübündə Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 108 ölkə ilə ticarət əlaqələri qurub. Bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 3 804,4 mln. ABŞ dolları, o cümlədən ixrac 2 482,3 mln. dollar, idxal isə 1 322,1 mln. dollar təşkil edib. Nəticədə, xarici ticarət dövriyyəsində 1 160,2 mln. dollarlıq müsbət saldo yaranıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 31,3%, ixrac 1,6 dəfə artıb, idxal isə 2,3% azalıb.

Dövriyyənin 45,6%-i, o cümlədən idxalın 32,1%-i, ixracın isə 52,8%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsinin həcmi keçən ilin yanvar-mart aylarının göstəricisindən 2,5 dəfə, idxal 12,9%, ixrac isə 4,1 dəfə çox olub.

Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət dövriyyəsinin həcmi 257,5 mln. dollar, o cümlədən idxal 121,3 mln. dollar, ixrac isə 136,2 mln. dollar təşkil edib. Ötən ilin I rübünə nisbətən dövriyyə 5,3%, idxal 38,9% artıb, ixrac isə 13,4% azalıb.

Qeyd edək ki, hesabat dövründə idxal-ixrac əməliyyatlarının 20,7%-i İtaliya, 10,1%-i Fransa, 8,7%-i ABŞ, 8,2%-i Rusiya, 4,9%-i Almaniya, 4,9%-i İsrail, 4,6%-i Türkiyə, 3,5%-i Kanada, 3,5%-i Gürcüstan, 3,3%-i Ukrayna, 3%-i Koreya, 2,8%-i Böyük Britaniya, 2,3%-i İndoneziya, 19,5%-i isə digər ölkələrlə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR