Ötən həftənin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarət əməliyyatlarının orta göstəricisi) 0,08% artaraq 0,8033 manat, dolların rəsmi məzənnəsi 0,01% azalaraq 0,8036 manat təşkil edib. Nağd alış və satış məzənnələri isə (banklar üzrə orta göstərici) müvafiq olaraq 0,04% və 0,05% azalıb və 0,8014 və 0,8060 manata bərabər olub:
Beləliklə, ötən həftə dəyişmələr dolların bütün məzənnələri üzrə müşahidə olunub. Bunula belə, rəsmi məzənnənin sabit qalması fonunda birja məzənnəsi nəzərə çarpan dərəcədə artıb, lakin nağd dolların məzənnələri azalıb. Birja dövriyyəsi enmə dinamikasını nümayiş etdirib ki, bu da birja bazarında fəallığın azalmasını göstərir.
Bununla yanaşı, ötən həftə ərzində avronun manata qarşı məzənnəsi 3,69% artıb:
Avronun məzənnəsinin bu dərəcədə kəskin artması dünya bazarlarında onun dollara qarşı möhkəmlənməsinin nəticəsidir. Belə ki, avronun dollara qarşı məzənnəsi 3,8% artıb. Bu proses Azərbaycanda ənənəvi olaraq dolların ucuzlaşması deyil, avronun bahalaşmasında öz əksini tapıb.