Bank Of Baku

Azərbaycanda nağd pulun həcmi azalır

Azərbaycanda nağd pulun həcmi azalır
# 25 may 2009 08:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla geniş mənada pul kütləsinin (M2 aqreqatı) həcmi 2009-cu ilin may ayının 1-nə 4 732,3 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 22,2% az, ötən ilin müvafiq dövrünə nisbətən 3,7% çoxdur.

Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumatına görə, mayın 1-nə nağd pulların həcmi (M0 aqreqatı) son bir ildə 15% artaraq 3 297,1 mln. manat təşkil edib. Eyni zamanda, cari ilin əvvəlindən nağd pulların həcmi 848,6 mln. manat və ya 20,5% azalıb.

Qeyd edək ki, bütün pul aqreqatları ilin əvvəlindən azalma dinamikası nümayiş etdirir:

(mln. manat)

Pul aqreqatı

01.05.09

01.04.09

01.01.09

01.05.08

M3 (nağd pul, tələb olunanadək və müddətli depozitlər)

 

 

6 502,4

 

 

6 397,4

 

 

8 494,2

 

 

6 549,9

M2 (nağd pul,  tələb olunanadək və müddətli manat depozitləri)

 

 

4 732,3

 

 

4 741,0

 

 

6 081,0

 

 

4 563,2

M1 (nağd pul, tələb olunanadək depozitlər)

 

4 109,5

 

4 088,3

 

5 145,0

 

3 702,5

M0 (nağd pul)

3 297,1

3 304,1

4 145,7

2 867,5



Pul kredit-siyasətində əsas göstəricilərdən biri olan M0 aqreqatının geniş mənada pul kütləsində xüsusi çəkisi cari ilin mayın 1-nə 69,7%-ə bərabər olub ki, bu da son bir ildə 6,8 faiz bəndi çoxdur. Eyni zamanda, cari ilin əvvəlində nağd pulların pul kütləsində xüsusi çəkisi 68,2% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR