Bank Of Baku

Azərbaycanda hüquqi şəxslərin depozitləri kəskin azalıb

Azərbaycanda hüquqi şəxslərin depozitləri kəskin azalıb
# 25 may 2009 09:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinə daxil olan əmanət və depozitlərin ümumi həcmi son bir ildə 13%, cari ilin yanvar-aprel ayları ərzində isə 26,3% azalaraq 2009-cu ilin mayın 1-nə 3 205,3 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış yeni «Pul icmalında» deyilir.

İcmala əsasən, illik enmə dinamikası yalnız hüquqi şəxslərin depozitləri üzrə müşahidə olunub. Belə ki, fiziki şəxslərin əmanətlərinin həcmi son bir ildə 17,1% artaraq mayın 1-nə 1 865,8 mln. manata çatıb. Hüquqi şəxslərin depozitləri isə mayın 1-nə 1 339,5 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% azdır. Eyni zamanda qeyd etməliyik ki, cari ilin əvvəlindən fiziki şəxslərin əmanətləri 2%, hüquqi şəxslərin depozitləri isə 45,2% azalıb.

Ümumilikdə, pul kütləsinə daxil olan əmanət və depozitlər üzrə göstəricilər mənfi dinamika nümayiş etdirir:

(mln. manat)

 

01.05.2009

01.01.2009

01.05.2009

Cəmi əmanət və depozitlər

 

3 205,3

 

4 348,5

 

3 682,4

Manatla

1 435,2

1 935,3

1 695,7

Xarici valyutada

1 770,1

2 413,2

1 986,7

Fiziki şəxslərin əmanətləri

 

1 865,8

 

1 903,7

 

1 593,7

Manatla

691,1

1 035,6

753,7

Xarici valyutada

1 174,7

868,1

840

Hüquqi şəxslərin depozitləri

 

1 339,5

 

2 444,8

 

2 088,7

Manatla

744,1

899,7

941,9

Xarici valyutada

595,4

1 545,1

1 146,8



Cari ildə həm fiziki, həm də hüquqi şəxslərin depozitləri üzrə azalmanın bir əsas səbəbi var ki, bu da banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılmasıdır. Belə ki, dünya maliyyə böhranının bir nəticəsi kimi Azərbaycanda özünü göstərən bank sistemindəki likvidlik problemi əvvəllər müxtəlif məqsədlərlə (biznesin inkişafı, biznesin başlanması, istehlak məqsədləri və s.) bank kreditlərindən fəal istifadəsinə, demək olar ki, son qoyub. Yəni, bank kreditləşməsi tam dayandırılmasa da, kreditlərin şərtləri kəskin sərtləşdirilib. Bu səbəbdən həm fiziki, həm də hüquqi şəxslər öz fəaliyyətini dayandırmamaq, dondurmamaq və inkişaf etdirmək məqsədi ilə öz şəxsi depozitlərindən istifadə etmək məcburiyyətində qalıb. Vurğulamaq lazımdır ki, həmin proseslər böhrana görə əksər ölkələrdə baş verir və Azərbaycanda da depozitlərin azalması gözlənilən proses olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR