Bank Of Baku

«Azərbaycan Sənaye Sığorta» şirkəti son bir ildə daxilolmalarını 2,4 dəfə artırıb

«Azərbaycan Sənaye Sığorta» şirkəti son bir ildə daxilolmalarını 2,4 dəfə artırıb
# 25 may 2009 10:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Sığorta» şirkəti 2009-cu ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının həcmi 1,147 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkət tərəfindən verilmiş sığorta ödənişlərinin həcmi 19% azalaraq 118,792 min manata çatıb.

Qeyd edək ki, cari ilin ilk dörd ayında şirkət könüllü sığorta növləri üzrə 989,9 min manat, icbari sığorta növləri üzrə isə 157,2 min manat həcmində sığorta haqqı toplayıb. Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Yüklərin (nəqliyyat) sığortası» (347,7 min manat), «Əmlakın sığortası» ilə bağlı digər sığorta sinifləri (168,5 min manat), «Tibbi sığorta» (156,1 min manat) və «Yanğından icbari sığorta» (154,4 min manat) növləri üzrə toplanıb. Bu növlərin şirkətin məcmu daxilolmalardakı payı isə müvafiq olaraq 30,3%, 14,5%, 13,6% və 13,5% təşkil edib.

Qeyd edək ki, ödənişlərdə ən çox vəsait 81,9 min manat «Yüklərin (nəqliyyat) sığortası» (69%) və 22,7 min manat «Avtonəqliyyat vasitələrinin sığortası» (19%) növləri üzrə ödənilib.

Xatırladaq ki, təsisçisi «Azərbaycan Sənaye Bankı» olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Yaxın vaxtlara kimi şirkət «CI Insurance» brendi ilə tanınıb. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR