Bank Of Baku

«Atrabank» gələn ay yeni filial açacaq

«Atrabank» gələn ay yeni filial açacaq
# 25 may 2009 12:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin iyun ayında yeni filial açmağı planlaşdırır.

Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, yeni filial Bakı-Sumqayıt avtomobil magistralı üzərində yerləşən, hazırda tikilməkdə olan «Ər-Riyad» Ticarət Mərkəzində yerləşəcək. Bank tərəfindən icarəyə götürülmüş ofisin bu ilin iyun ayının 20-dən istifadəyə verilməsi planlaşdırılır.

E.Nəbiyevin sözlərinə görə, artıq filialın təsis sənədləri hazırlanaraq Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib.

Qeyd edək ki, hazırda bankın respublika üzrə 11 filialı, o cümlədən Bakıda 6 filialı fəaliyyət göstərir.

Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 34,956 mln. manat, kredit portfeli 24,971 mln. manat, depozit portfeli 4,250 mln. manat, məcmu kapitalı 11,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR