Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı sərmayə qoyuluşlarını artırır

Avropa Yenidənqurma və İnkişaf Bankı sərmayə qoyuluşlarını artırır
# 25 may 2009 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) qlobal maliyyə böhranına cavab olaraq, sərmayə qoyuluşlarının həcmini artıracaq. «APA-Economics»in məlumatına görə, bunu AYİB-in birinci vitse-prezidenti Varel Friman bildirib.

V.Frimanın sözlərinə görə, İllik Toplantı zamanı imzalanan sazişləri də nəzərə alaraq AYİB-in ilin əvvəlindən bu günədək götürdüyü öhdəliklərinin həcmi təxminən 2,3 mlrd. avro təşkil edəcək ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50% çoxdur: «AYİB 2009-cu ildə öz sərmayə həcmini əhəmiyyətli dərəcədə artıraraq rekord səviyyəyə - 7 mlrd. avoroya çatdırmaq niyyətindədir. Bu günə kimi başa çatdırdığımız layihələr və artıq müəyyən edilmiş icra mərhələsində olan sərmayə qoyuluşları vasitəsilə biz bu məqsədə nail olmağa doğru irəliləyirik».

V.Friman onu da bildirib ki, ötən il ərzində AYİB sərmayənin 60%-ni (1,4 mlrd. avro) birbaşa olaraq Şərqi Avropada böhranın təsirinin azaldılmasına yönəldib.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. avro olan 109 layihəni icra edib və hazırda realizə edir. Bank əsas diqqətini dayanıqlı maliyyə sektorunun inkişaf etdirilməsinə, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə və qeyri-neft özəl sektorun inkişaf etdirilməsinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR