Bank Of Baku

«Atrabank» mübadilə məntəqələrinin sayını artırır

«Atrabank» mübadilə məntəqələrinin sayını artırır
# 26 may 2009 06:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) cari ilin sonunadək mübadilə məntəqələrinin sayını 31-ə çatdıracaq.

Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, yaxın günlərdə bankın Bakıda daha beş mübadilə məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.

«Ümumiyyətlə, cari ilin sonuna kimi bank tərəfindən 20 mübadilə məntəqəsi istifadəyə veriləcək ki, burada müştərilər valyuta mübadiləsi, xaricə və ölkə daxili pulköçürmə əməliyyatları həyata keçirə bilərlər».

Qeyd edək ki, hazırda bankın respublika üzrə 5 mübadilə məntəqəsi fəaliyyət göstərir.

Xatırladaq ki, «Atrabank» 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 34,956 mln. manat, kredit portfeli 24,971 mln. manat, depozit portfeli 4,250 mln. manat, məcmu kapitalı 11,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR