Bank Of Baku

«AIG Caspian İnsurance» ilin əvvəlindən 1 mln. manata yaxın sığorta haqqı toplayıb

«AIG Caspian İnsurance» ilin əvvəlindən 1 mln. manata yaxın sığorta haqqı toplayıb
# 26 may 2009 06:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «American İnternational Group Caspian İnsurance» (AIG Caspian İnsurance) Azərbaycan-ABŞ Məhdud Məsuliyyətli sığorta şirkətinin cari ilin yanvar-aprel aylarında topladığı sığorta haqlarının həcmi 952,568 min manata çatıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 48,931 min manat təşkil edib.

Sığorta daxilolmalarında ən çox sığorta haqqı «Ümumi mülki məsuliyyətin sığortası» (633,334 min manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (212,367 min manat) növləri üzrə toplanıb. Bunlar da məcmu sığorta daxilolmalarının müvafiq olaraq 66,5%-ni və 22,3-ni təşkil edir.

Ödənişlərdə isə ən çox vəsait «Əmlakın sığortası» (34,557 min manat) növü üzrə həyata keçirilib. Ümumi ödənişlərdə bu növün payı 3,6% olub.

Qeyd edək ki, müvafiq göstəricilər üzrə müqayisənin aparılmamasının səbəbi şirkətin ötən ilin analoji dövr üzrə göstəricilərinin olmaması ilə bağlıdır.

Xatırladaq ki, «AIG Caspian İnsurance» sığorta şirkəti Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri sırasına yerli «Caravan İnvestment» (51%) və ABŞ-ın «American International Group İnc.» (49%) şirkətləri daxildir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edib. Hazırda şirkət 7 könülü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR