Bank Of Baku

Azərbaycanda müddətli depozitlərin ciddi müsbət struktur dəyişikləri baş verir

Azərbaycanda müddətli depozitlərin ciddi müsbət struktur dəyişikləri baş verir
# 26 may 2009 09:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda banklarda yerləşdirilmiş müddətli əmanət və depozitlərin əsas hissəsi 1 ildən 5 ilədək müddətə qoyulmuş depozitlərin payına düşür. Azərbaycan Mərkəzi Bankdan “APA-Economics” verilən məlumatına görə, 2009-cu il mayın 1-nə müddətli depozitlərin 38,8%-i qeyd olunan müddətə yerləşdirilib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 11,4 faiz bəndi çoxdur.
Qeyd edək ki, Azərbaycanda pul kütləsinə daxil olan əmanət və depozitlərin ümumi həcmi son bir ildə 13%, cari ilin dörd ayı ərzində 26,3% azalaraq mayın 1-nə 3 205,3 manat olub.
Müddətli depozitlərin strukturunda 1 ildən 5 ilədək əmanətlərin xüsusi çəkisinin artması ilə yanaşı, digər vacib dəyişikliklər də müşahidə olunur. Belə ki, ilin əvvəlindən 39,6%-dən 16,1%-dək bir ayadək yerləşdirilmiş depozitlərin payı azalıb, 9 aydan 1 ilədək müddətə yerləşdirilmiş depozitlərin xüsusi çəkisi isə 11,5 faiz bəndi artıb:

Əmanət və depozitlərin müddəti

01.05.09

01.01.09

1 ayadək

16,1%

39,6%

1 aydan 3 ayadək

3,8%

3,9%

3 aydan 6 ayadək

4,3%

5,9%

6 aydan 9 ayadək

2,9%

1,7%

9 aydan 1 ilədək

32,4%

20,9%

1 ildən 5 ilədək

38,8%

27,4%

5 ildən artıq

1,7%

0,6%



Göründüyü kimi, cari ildə daha uzunmüddətli hesab olunan əmanət və depozitlərin xüsusi çəkisi artır, qısamüddətli depozitlərin payı isə tədricən azalır. Bank sistemində əsas maliyyə resurs bazası olan depozitlərin strukturunda uzunmüddətli depozitlərin üstünlük təşkil etməsi aktiv əməliyyatlar aparılması üçün bankların imkanlarını genişləndirir, cari likvidliyin yüksəlməsinə xidmət edir. Belə ki, daha uzunmüddətli depozitləri cəlb edən banklar daha uzunmüddətli kredit və investisiyaları yerləşdirə bilir ki, bunlar da öz növbəsində bir tərəfdən banklar üçün daha gəlirli, real sektor üçün isə daha əlverişlidir. Məsələn, qısamüddətli depozit bazasına malik olan bank sisteminin istehsal, dövriyyəsi uzunmüddətli olan digər sahələri kreditləşmək imkanları məhdud olur və bu halda banklar əsasən ticarət, xidmət və istehlak kimi sahələrə kredit verə bilir. Əksinə, bank sistemində uzunmüddətli depozit bazası mövcud olduğu halda, iqtisadiyyatın inkişafı üçün daha faydalı hesab olunan sahələri də maliyyələşdirmək mümkün olur. Nəhayət, digər tərəfdən bank sistemində uzunmüddətli depozitlərin üstünlük təşkil etməsi əhali və hüquqi şəxsləri tərəfindən banklara etibarlığının yüksək olduğunu əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR