Bank Of Baku

«Xalq Bank» yeni pul köçürmə sisteminə qoşulub

«Xalq Bank» yeni pul köçürmə sisteminə qoşulub
# 26 may 2009 10:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Xalq Bank» Səhmdar Komersiya Bankı yeni pul köçürmə sisteminə qoşulub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, «Xalq Bank»ın qoşulduğu yeni təcili pul köçürmə sistemi fiziki şəxslərin sifarişi ilə hesab açmadan köçürmələr həyata keçirən beynəlxalq «Contact» pul köçürmə sistemidir. Köçürmələri bütün dünya üzrə ABŞ dolları və avro ilə həyata keçirmək mümkündür. Bu sistemdə aşağı komissiya (3%) yalnız köçürməni sifariş edən şəxs tərəfindən aparılır.

Xidmətdən «Xalq Bank»ın baş ofisində və yaxud istənilən səkkiz filialından birində istifadə etmək mümkündür.

Bundan başqa, yaxın zamanda bankın «PrivatMoney» təcili pul köçürmə sisteminə qoşulması da başa çatacaq.

Qeyd edək ki, hazırda «Contact» sistemi ilə yanaşı, «Xalq Bank» «Western Union», «Bıstraya Poçta», «Migom», «Xpress Money» kimi təcili pul köçürmələri sistemləri üzrə də xidmət göstərir.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» SKB 2004-cü ildən fəaliyyət göstərir. Bu ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 386,153 mln. manat, depozit portfeli 209,476 mln. manat, kredit portfeli 341,894 mln. manat, məcmu kapitalı 62,311 mln. manat, o cümlədən nizamnamə kapitalı 53,550 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı, 24 bankomatı və 34 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR