Bank Of Baku

«Bank Standard» pul köçürmə sistemlərinin sayını 8-ə çatdırıb

«Bank Standard» pul köçürmə sistemlərinin sayını 8-ə çatdırıb
# 26 may 2009 11:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı növbəti təcili pul köçürmə sisteminə qoşularaq pul köçürmə sistemlərinin ümumi sayını 8-ə çatdırıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, yeni - «Zolotaya Korona» sistemi MDB dövlətlərində, həmçinin bir sıra digər xarici ölkələrdə, o cümlədən, Çində fəaliyyət göstərir. Sistem üzrə pul köçürmələri ABŞ dolları və Rusiya rublu ilə həyata keçirilir. «Zolotaya Korona» sisteminin üstünlüklərindən biri kiçik komisyon haqqının (köçürülən məbləğin 1,5%-i) olmasıdır. Sistemdən bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür.

Xatırladaq ki, hazırda «Bank Standard» «Zolotaya Korona» sistemi ilə yanaşı, «Western Union», «Bıstraya Poçta», «Contact», «Migom», «Xpress Money», «Faster» və «Privat Money» sistemləri üzrə təcili pul köçürmə xidmətlərini göstərir.

Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 619,085 mln. manat, kredit portfeli 394,421 mln. manat, depozit portfeli 191,812 mln. manat, məcmu kapital 77,356 mln. manat, o cümlədən nizamnamə kapitalı 64,6 mln. manat təşkil edib. Bankın respublika üzrə 16 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR