Bank Of Baku

«Azərdəmiryolbank» səhmdarlarının növbədənkənar iclası keçiriləcək

«Azərdəmiryolbank» səhmdarlarının növbədənkənar iclası keçiriləcək
# 26 may 2009 12:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il iyun ayının 25-də «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankı (SKB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yığıncaqda 2009-2011-ci illər ərzində əldə ediləcək mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi və bankın Müşahidə Şurasına yeni üzvün seçilməsi kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. Bankın 25%+1 səhmi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiyanın Maliyyə İnkişaf şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib, hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.

Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 213,029 mln. manat, depozit portfeli 56,923 mln. manat, kredit portfeli 157,354 mln. manat, məcmu kapitalı 38,538 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,400 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR