Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankının 8-ci buraxılış üzrə səhmlərinin satışı iyunun 30-dək davam edəcək

Azərbaycan Beynəlxalq Bankının 8-ci buraxılış üzrə səhmlərinin satışı iyunun 30-dək davam edəcək
# 26 may 2009 16:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı Açıq Səhmdar Cəmiyyətinin (ASC) 8-ci buraxılış üzrə səhmlərinin satışı bu ilin iyun ayının 30-dək davam edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin satışı və alğı-satqı müqavilələrinin bağlanması bankın baş ofisində (Bakı şəhəri, Nizami küçəsi,67) aparılır.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40% xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 3 308,797 mln. manat, depozit portfeli 1 606,810 mln. manat, kredit portfeli 2 279,951 mln. manat, məcmu kapitalı 391,188 mln. manat, o cümlədən nizamnamə kapitalı 193,834 mln. manat təşkil edib.

Hazırda bankın respublika üzrə 36 filialı, 1 mübadilə məntəqəsi, 589 bankomatı, 2633 POS-terminalı və 63 informasiya köşkü fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR