Bank Of Baku

«Atrabank» bu il yeni pulköçürmə sisteminə qoşulacaq

«Atrabank» bu il yeni pulköçürmə sisteminə qoşulacaq
# 27 may 2009 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) bu il ərzində daha bir beynəlxalq pulköçürmə sisteminə qoşulacaq.

Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq beynəlxalq qurumla bank arasında şifahi razılıq əldə olunub. Hazırda bank tərəfindən sənədlərin hazırlanması istiqamətində qurumun verdiyi bütün tapşırıqlar üzrə iş aparılır.

Qeyd edək ki, bu günlərdə bank «Contact» beynəlxalq pulköçürmə sisteminə qoşulub və bununla da bankın qoşulduğu analoji sistemlərin sayı 3-ə çatıb.

Xatırladaq ki, hazırda bank həmçinin «Western Union» və «Caspian Money Transfer» pulköçürmə sistemlərinin üzvüdür.

«Atrabank» 1992-ci ilin dekabrında yaradılıb. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 34,956 mln. manat, kredit portfeli 24,971 mln. manat, depozit portfeli 4,250 mln. manat, məcmu kapitalı 11,166 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat olub.

Hazırda bankın respublika üzrə 11 filialı, 13 bankomatı və 42 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR