Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional direktoru ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri Dünya Bankının regional direktoru ilə görüşüb
# 27 may 2009 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni təyin olunan regional direktoru Əsəd Alamın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə DB-nın maliyyə sektoru üzrə həyata keçirdiyi proqram və layihələrin səmərəliliyi müzakirə edilib.

Həmçinin görüşdə AMB-nin həyata keçirdiyi monetar siyasət və bu siyasətin cari nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Mərkəzi Bankla Dünya Bankı arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR