Bank Of Baku

«AtaSığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib

«AtaSığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib
# 27 may 2009 10:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin İdarə Heyətinə yeni sədr təyin olunub.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər də sığorta sahəsində çalışmış Tamerlan Hacıyev təyin edilib.

Qeyd edək ki, T.Hacıyevdən əvvəl bu vəzifəni Fərid Əsədov icra edib. F.Əsədov isə «AtaSığorta» şirkətinin Müşahidə Şurasının sədri seçilib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 0,673 mln. manat, ödənişləri 0,117 mln. manat, nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib.

Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR