Bank Of Baku

Gələn ay «AtaLeasing»in səhmdarlarının illik yığıncağı keçiriləcək

Gələn ay «AtaLeasing»in səhmdarlarının illik yığıncağı keçiriləcək
# 27 may 2009 10:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin iyun ayının 16-da Azərbaycanın «AtaLeasing» ASC-nin səhmdarlarının növbəti illik yığıncağı keçiriləcək.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda 2008-ci maliyyə ilinin yekunları, İdarə Heyəti və Müşahidə Şurasının hesabatları, həmçinin ASC-nin ötən il üzrə mühasibat balansı, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəət və zərərin bölüşdürülməsi və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 4,204 mln. manat, məcmu kapitalı 1,114 mln. manat, o cümlədən nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR