Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərində xarici valyutanın payı kəskin artıb

Azərbaycanda əhalinin bank əmanətlərində xarici valyutanın payı kəskin artıb
# 27 may 2009 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında əhalinin yerləşdirdiyi əmanətlərin ümumi həcmi 2009-cu ilin may ayının 1-nə 1 865,8 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 174,7 mln. manatı xarici, 691,1 mln. manatı isə milli valyutada yerləşdirilib. Beləliklə, mayın 1-nə əhalinin əmanətlərinin 63%-i xarici valyutada nominallaşıb və bu əmanətlər manat əmanətlərini 1,7 dəfə üstələyir.

Qeyd edək ki, cari ilin əvvəlinə fiziki şəxslərin əmanətlərinin həcmi 1 903,7 mln. manata bərabər olub və bunun 868,1 mln. manatı xarici valyuta, 1 035,6 mln. manatı isə manat əmanətlərinin payına düşüb. Yəni, yanvarın 1-nə əmanətlərin 54,4%-i manatla yerləşdirilib. Beləliklə, cari ildə əhalinin əmanətlərinin valyuta bölgüsündə ciddi dəyişikliklər baş verib ki, nəticədə xarici valyutada əmanətlər artıq üstünlük təşkil edir.

Əmanətlərin valyutalar üzrə nisbətinin tendensiyası fevral ayında baş verib. Belə ki, fevralda manat əmanətlərinin həcmi 117 mln. manat azalıb, xarici valyutada isə əksinə olaraq 96,5 mln. manat artıb. Mütləq rəqəmlərdə manat əmanətləri fevral ayında 933,4 mln. manatdan 816,4 mln. manatadək azalıb, xarici valyutada əmanətlər isə 900,5 mln. manatdan 997 mln. manatadək artıb və, göründüyü kimi, əmanətlərin strukturunda manat/valyuta nisbəti dəyişib.

Qeyd edək ki, nə fevral ayında, nə də cari ilin digər aylarında manatın məzənnəsində heç bir ciddi dəyişiklik müşahidə olunmayıb. Belə ki, dollar/manat nisbəti ilin əvvəlindən sabit qalıb, manat/avro nisbəti isə çox dəyişkən olub və bu dəyişmələr heç də avronun xeyrinə olmayıb. Bu baxımdan, əmanətlərin valyuta strukturunun dəyişməsi üçün hər hansı əsaslı amil və səbəblərin olmadığını vurğulamaq lazımdır. Bu proses yalnız dünya maliyyə böhranı nəticəsində bir sıra ölkələrdə baş verən devalvasiyasının təsiri altında əhali arasında psixoloji amillərlə bağlı ola bilər ki, bunu da məlumat çatışmazlığı və əsassız şayiələrin nəticəsi kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR