Bank Of Baku

“Bank Standard” Aysel Teymurzadəyə hesabında böyük məbləğ olan “Gənc kart” və noutbuk hədiyyə edib

“Bank Standard” Aysel Teymurzadəyə hesabında böyük məbləğ olan “Gənc kart” və noutbuk hədiyyə edib
# 27 may 2009 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Moskvada keçirilən “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən və 42 ölkə arasında üçüncü yeri qazanan Aysel Teymurzadəyə uğurlu çıxışına görə növbəti hədiyyə “Bank Standard”ın rəhbərliyi tərəfindən edilib. APA-nın məlumatına görə, bu gün “Bank Standard” A. Teymurzadəyə içində böyük məbləğdə vəsait olan “Gənc kart” hədiyyə edib. Hədiyyəni təqdim edən “Bank Standard”ın marketinq və reklam şöbəsinin direktoru Gündüz Babayev məbləğin həcmini açıqlamasa da, bu məbləğin Aysel Teymurzadəyə hər hansısa bir işində kömək edəcəyini vurğulayıb. Bank tərəfindən “Eurovision-2009” müsabiqəsinin iştirakçısına noutbuk da hədiyyə olunub. G. Babayev bu hədiyyənin Aysel Teymurzadə üçün çox dəyərli hədiyyə olacağına inandığını qeyd edib: ”Artıq sizin işiniz həddindən artıq çoxdur. Düşündük ki, bu hədiyyə ilə sizin işinizi bir az yüngülləşdirək”. A. Teymurzadə isə hər iki hədiyyənin onun çox dəyərli olduğunu vurğulayıb: “İnanın ki, noutbuk mənə lap vaxtında hədiyyə olundu. Elə bu günlərdə özümə noutbuk almağı düşünürdüm. Bütün Azərbaycan xalqına mənə verdiyi dəyərə görə təşəkkür edirəm”. A. Teymurzadə jurnalistlərə açıqlamasında bir daha ona iki otaqlı mənzil hədiyyə edildiyini qeyd edib: “Mənə ikiotaqlı mənzil bağışlanıb, ancaq hələ avtomobil bağışlanmayıb. Avtomobil bağışlanması ilə bağlı deyilənlər yanlışdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR