Bank Of Baku

«AtaSığorta» iyunun 1-dən icarəyə götürdüyü yeni baş ofisdə fəaliyyət göstərəcək

«AtaSığorta» iyunun 1-dən icarəyə götürdüyü yeni baş ofisdə fəaliyyət göstərəcək
# 27 may 2009 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkəti bu ilin iyun ayının 1-dən yeni baş ofisdə fəaliyyət göstərəcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakının Zərifə Əliyeva küçəsi,55 ünvanında yerləşir.

Şirkət tərəfindən icarəyə götürülən binanın («Yeni Həyat» Kompleksi) I və IX mərtəbəsi «AtaSığorta» şirkətinin baş ofisi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, hazırda şirkət Bakı şəhərinin N.Nərimanov küçəsi,55 ünvanında yerləşir.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 0,673 mln. manat, ödənişləri 0,117 mln. manat, nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib.

Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR