Bank Of Baku

Azərbaycan «İnvestisiya fondları haqqında» qanun layihəsini məsləhətçilərə təqdim edib

Azərbaycan «İnvestisiya fondları haqqında» qanun layihəsini məsləhətçilərə təqdim edib
# 27 may 2009 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən hazırlanmış «İnvestisiya fondları haqqında» qanun layihəsi son rəyin alınması üçün texniki yardım göstərən məsləhətçilərə təqdim olunub. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

R.Aslanlının sözlərinə görə, artıq qanun layihəsi hazırdır və texniki yardım göstərən məsləhətçilərə son rəy üçün təqdim olunub. Bundan sonra isə «İnvestisiya fondları haqqında» qanun layihəsi Azərbaycan hökumətinə təqdim ediləcək.

Qeyd edək ki, «İnvestisiya fondları haqqında» qanun investisiya fondlarının fəaliyyəti üçün tələb olunan əsas hüquqi sənəddir. Qanun layihəsinə investisiya fondlarının iki növü - səhmdar və paylı investisiya fondlarının fəaliyyəti haqqında müddəalar daxildir. Hazırda inkişaf edən ölkələrin bazarlarında əsasən paylı investisiya fondları (PİF) geniş yayılıb.

PİF-lərin fəaliyyəti fərdi investorlara payların satışından əldə olunan maliyyə vəsaitlərinin müxtəlif maliyyə və digər aktivlərin alınmasına yönəldilməsindən ibarətdir. Bu halda investor öz qazancını ona məxsus olan payın PİF-ə geri satışından (qaytarılmasından) əldə edir.

Onu da vurğulamaq vacibdir ki, Azərbaycanda investisiya fondları tərəfindən sərmayə qoyula biləcək istiqamət və alətlərin geniş olması nəzərdə tutulur. Yəni, bu yalnız qiymətli kağızlar deyil, digər aktivlər də ola bilər. Qanun layihəsində investorların hüquqlarının müdafiəsinə də xüsusi diqqət yetirilir.

Ekspertlər hesab edirlər ki, PİF-lərə yatırılan investisiyalar bank depozitlərinin alternativi olduğuna görə, bu fondlara qoyulan sərmayələr hətta bank depozitlərinin həcminə çatacaq. Çünki PİF-lərin payları üzrə illik gəlirlik 60-80% və hətta bundan da artıq ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR