Bank Of Baku

Rüfət Aslanlı: «Qlobal maliyyə böhranı Azərbaycanın fond bazarına ciddi təsir etməyib»

Rüfət Aslanlı: «Qlobal maliyyə böhranı Azərbaycanın fond bazarına ciddi təsir etməyib»
# 27 may 2009 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Qlobal maliyyə böhranının Azərbaycanın qiymətli kağızlar bazarına ötürülmə kanalı geniş olmadığından, ölkənin fond bazarı böhrandan ciddi zərər çəkməyib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, son 1,5 il ərzində dünya fond birjaları indekslərinin təxminən 50% dəyərdən düşüb: «Bu həm bazar kapitallaşmasının azalması, həm də əməliyyatların sayının azalması ilə bağlıdır. Belə ki, itkilər daha böyük əməliyyatlar üzərində baş verir. Pozitiv meyllər isə aşağı əməliyyatlar üzrə müşahidə olunur».

R.Aslanlı onu da qeyd edib ki, Azərbaycanın qiymətli kağızlar bazarında qlobal maliyyə böhranının ötürülməsi kanalı o qədər də geniş deyil: «Ötən dövr ərzində xarici borcalma Azərbaycanın valyuta fondunda olan vəsaitin 1%-dən də az olub. Xarici valyutada olan ehtiyatlarımız isə xarici borclardan təxminən 2 dəfə çox olub. Məhz bu səbəblərə görə, maliyyə böhranının Azərbaycan iqtisadiyyatına, o cümlədən qiymətli kağızlar bazarına ciddi təsir etməyib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR