Bank Of Baku

Azərbaycanda səhmdar cəmiyyətlərin qeydiyyatı və qiymətli kağızların buraxılışı proseduraları dəyişdirilir

Azərbaycanda səhmdar cəmiyyətlərin qeydiyyatı və qiymətli kağızların buraxılışı proseduraları dəyişdirilir
# 27 may 2009 11:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) və Vergilər Nazirliyi səhmdar cəmiyyətlərin qeydiyyatı və qiymətli kağızların buraxılışı proseduralarının əlaqələndirilməsi sahəsində bir sıra yeniliklər hazırlayır. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

R.Aslanlının sözlərinə görə, hazırda tərəflər arasında səhmdar cəmiyyətlərin qeydiyyatı və qiymətli kağızların buraxılışı proseduralarının əlaqələndirilməsi üzrə məsləhətləşmələr aparılır: «Bu sahədə bir sıra yeniliklər gözlənilir. Yeniliklər əsasən səhmlərin dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması ilə hüquqi şəxsin ləğvi proseduraları arasındakı hüquqi əlaqənin müəyyən edilməsindən ibarət olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR