Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi bu il kəskin azalacaq

Bakı Fond Birjasının dövriyyəsi bu il kəskin azalacaq
# 27 may 2009 12:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sonunda Bakı Fond Birjasının (BFB) dövriyyəsinin təxminən 50% azalacağı proqnozlaşdırılır. «APA-Economics»in məlumatına görə, bunu BFB-nın İdarə Heyətinin sədri Xəyal Abdinov bildirib.

X.Abdinovun sözlərinə görə, birjanın builki dövriyyəsi bir qədər azalacaq: «Ümid edirik ki, cari ildə ötən ilin dövriyyəsinin 50%-ni əldə edə biləcəyik. İlin sonunadək 7 mlrd. manatlıq dövriyyəyə çatmaq isə bizim üçün sevindirici olardı».

X.Abdinov onu da qeyd edib ki, dövriyyəni əsasən dövlət qiymətli kağızları təşkil edəcək.
Qeyd edək ki, ötən il BFB-nın dövriyyəsi 10 mlrd. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR