Bank Of Baku

«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib

«Bank of Azerbaijan»nın 175 rəqəmli Məlumat Mərkəzi istifadəyə verilib
# 27 may 2009 12:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) baş ofisində Məlumat Mərkəzi (Call Center) istifadəyə verilib.
Bankdan «APA-Economics»ə verilən məlumata görə, bu gündən etibarən bankla əlaqə yaratmaq üçün yeddi rəqəmli telefon nömrəsinin yığılması tələb olunmayacaq: «Belə ki, 175 rəqəmini yığılmaqla istənilən şəxs bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumat ala bilər. Əgər vətəndaş bankın müştərisidirsə, bu halda o hesabının vəziyyəti və krediti haqqında məlumat əldə etmək imkanı qazanacaq. Bank isə öz növbəsində məlumatın məxfiliyinə zəmanət verir».
Qeyd edək ki, Məlumat Mərkəzinin əməkdaşları saat 09:00-dan 18:00-dək xidmət göstərəcək. Bu nömrəyə (175) həm stasionar telefondan, həm də istənilən mobil operator vasitəsilə zəng vurmaq mümkündür.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 117,086 mln. manat, depozit portfeli 49,990 mln. manat, kredit portfeli 89,549 mln. manat, məcmu kapitalı 20,245 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib.
Bankın respublika üzrə 18 filialı, 23 bankomatı və 106 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR