Bank Of Baku

Azərbaycan İpoteka Fondunun yeni veb-saytı istifadəyə verilib

Azərbaycan İpoteka Fondunun yeni veb-saytı istifadəyə verilib
# 27 may 2009 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) nəzdində Azərbaycan İpoteka Fondunun (AİF) yeni saytı (www.amf.az) istifadəyə verilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, qurumun yeni saytı struktur, funksionallıq və zəngin məlumat bazası baxımından əvvəlkindən daha fərqlidir.

Yeni saytda ipoteka sistemi barədə ictimaiyyəti daha çox maraqlandıran məsələlər, habelə AİF-in fəaliyyəti, beynəlxalq əlaqələri, statistik göstəricilər, mövcud qanunvericilik bazası, ipoteka kreditlərinin alınma prosesi və yeni şərtləri barədə ətraflı məlumat əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən güzəştli ipoteka kreditləşməsinə 34 mln. manatın ayrılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR