Bank Of Baku

Azərbaycan bu il qiymətli kağızlar bazarında yeni listinq qaydalarını tətbiq edəcək

Azərbaycan bu il qiymətli kağızlar bazarında yeni listinq qaydalarını tətbiq edəcək
# 27 may 2009 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin IV rübündən etibarən Bakı Fond Birjası (BFB) yeni listinq qaydalarının tətbiqinə başlayacaq. «APA-Economics»in məlumatına görə, bunu BFB-nın İdarə Heyətinin sədri Xəyal Abdinov bildirib.

X.Abdinovun sözlərinə görə, mayın 26-da BFB-da listinqin yeni qaydalarının son oxunuşu keçirilib. Yaxın gələcəkdə həmin qaydalar BFB-nın Müşahidə Şurası, səhmdarları və şirkətlərə təqdim olunacaq: «Listinqin tətbiqi isə 3 ay ərzində davam edəcək. Çox güman ki, yeni qaydaların tətbiqinə 2009-cu ilin IV rübündən etibarən başlanacaq».

X.Abdinov həmçinin bildirib ki, ilkin varianta 3 pilləli listinq sisteminin qurulması nəzərdə tutulub. Belə ki, birinci və ikinci pillələr sırf listinq pillələri, üçüncü pillə isə qeyri-listinq pilləsi olacaq: «Listinqin birinci pilləsində tələblər daha sərt olacaq. Burada şirkətlərin korporativ idarəetmə sisteminə, ümumiyyətlə şirkətin fəaliyyətinə diqqət yetiriləcək. İkinci pillənin tələbləri bir qədər yumşaq olacaq. Üçüncü pillədə isə listinqdən keçməyən və yaxud keçmək istəməyən səhmdarlar yer alacaq ki, onlar öz səhmlərini BFB vasitəsi ilə satmaq məcburiyyətində olacaq».

BFB-nın rəhbəri onu da qeyd edib ki, proqnozlara görə, birinci pillədən təxminən 10-15 şirkət, ikinci pillədən isə daha çox şirkət keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR