Bank Of Baku

Azərbaycan qiymətli kağızlar bazarında əməliyyatların infrastrukturu təkmilləşdiriləcək

Azərbaycan qiymətli kağızlar bazarında əməliyyatların infrastrukturu təkmilləşdiriləcək
# 27 may 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) bazarın təşkilati və əməliyyatların infrastrukturunun təkmilləşdirilməsinə dair bir sıra tədbir həyata keçirəcək. «APA-Economics»in məlumatına görə, bunu QKDK-nın sədri Rüfət Aslanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, yaxın gələcəkdə bazarın təşkilati və əməliyyatların infrastrukturunun təkmilləşdirilməsi üçün yeni ticarət və qeydiyyat sisteminin yaradılması, mərkəzi klirinq, hesablama və depozitar qurumun yaradılması və avtomatlaşdırılması həyata keçiriləcək.

R.Aslanlı onu da qeyd edib ki, görüləcək işlər QKDK-nın Strateji İnkişaf Ehtiyaclarında öz əksini tapıb və aparılacaq işlərə brokerlər də cəlb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR