Bank Of Baku

Azərbaycan kommersiya banklarına fond bazarına birbaşa çıxış imkanı yaradacaq

Azərbaycan kommersiya banklarına fond bazarına birbaşa çıxış imkanı yaradacaq
# 27 may 2009 14:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan qiymətli kağızlar bazarında tələbatın stimullaşdırılması məqsədi ilə ölkədə fəaliyyət göstərən kommersiya banklarına fond bazarına birbaşa çıxış imkanları yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan qiymətli kağızlar bazarında tələbatın stimullaşdırılması üçün həmçinin broker və dilerlərin potensialının artırılması, kapital bazarı institutlarında və səhmdar cəmiyyətlərində korporativ idarəetmə prinsiplərinin tətbiqi, idarəçi hesabatlılığı və maliyyə hesabatları standartlarının təkmilləşdirilməsi kimi işlərin həyata keçirilməsi nəzərdə tutulub.

«Bu istiqamətdə görülən işlərdən biri ölkədə fəaliyyət göstərən kommersiya banklarına qiymətli kağızlar bazarına birbaşa çıxış imkanlarının yaradılmasıdır ki, artıq bunun üçün müvafiq qanunvericilik bazasında bəzi dəyişikliklərin edilməsi ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub», - deyə R.Aslanlı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR