Bank Of Baku

Azərbaycan bank sistemində məcmu aktivlər yenidən artmağa başlayıb

Azərbaycan bank sistemində məcmu aktivlər yenidən artmağa başlayıb
# 27 may 2009 14:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri 2009-cu ilin may ayının 1-nə 8 999,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 327 mln. manat və ya 17,3% çoxdur. Eyni, zamanda cari ilin əvvəlindən bank aktivlərinin həcmi 1 274,3 mln. manat və ya 12,4% azalıb.

Ümumilikdə, cari ilin yanvar-mart aylarında aktivlərin azalması müşahidə olunub və yalnız aprel ayında bu tendensiya müsbət istiqamətə dəyişib. Belə ki, yanvar ayında 190,4 mln. manat, fevralda 604 mln. manat, martda 664,1 mln. manat həcmində olan azalmadan sonra apreldə 184,2 mln. manatlıq artım baş verib.

Aktivlərin azalmasının üç ay ardıcıl olaraq davam etməsi bank sistemində ciddi problemlərin yaranmasından xəbər verirdi ki, bu da əsasən bankların xarici öhdəliklərinin icrası ilə bağlı yaranmış likvidlik çatışmazlığının nəticəsi kimi qiymətləndirilməlidir. Bu tendensiyanın davam etməsi ehtimalları da böyük olub. Lakin, göründüyü kimi, apreldə aktivlərin dinamikasında bir qədər sağlamlaşma baş verdiyinə görə, bu sahədə müsbət tendensiyaların yaranmasına inam artırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR