Bank Of Baku

Azərbaycan dövlət qiymətli kağızlar bazarını genişləndirəcək

Azərbaycan dövlət qiymətli kağızlar bazarını genişləndirəcək
# 27 may 2009 14:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan dövlət qiymətli kağızlar bazarını genişləndirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, QKDK maliyyə alətlərinin təklifini genişləndirmək niyyətindədir: «Biz Bakı Fond Birjasında şirkətlərin listinqinin stimullaşdırılması, dövlət istiqrazlarının ilkin və təkrar bazarının genişləndirilməsi, daha uzunmüddətli dövlət istiqrazlarının buraxılması, korporativ istiqrazların buraxılışının stimullaşdırılması və bu kimi işləri həyata keçirilməyi planlaşdırırıq».

Qeyd edək ki, 2009-cu ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 2 189,884 mln. manat təşkil edib. Bu da, 2008-ci ilin eyni dövrünün analoji göstəricisindən 22,8% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR