Bank Of Baku

«Azərbaycanda investisiya və ixrac mühitinin yaxşılaşdırılmasına dəstək Layihəsi»nin İdarəetmə Komitəsinin ilk iclası keçirilib

«Azərbaycanda investisiya və ixrac mühitinin yaxşılaşdırılmasına dəstək Layihəsi»nin İdarəetmə Komitəsinin ilk iclası keçirilib
# 29 may 2009 06:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı ilə TACIS Proqramı çərçivəsində həyata keçirilən «Azərbaycanda investisiya və ixrac mühitinin yaxşılaşdırılmasına dəstək Layihəsi» üzrə İdarəetmə Komitəsinin birinci iclası keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda QKDK, Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və sözügedən layihənin idarəetmə heyətinin nümayəndələri iştirak ediblər.

Yığıncağa sədrlik edən QKDK Aparatının rəhbəri Mehman Abbas Azərbaycan və Avropa İttifaqı arasındakı yüksələn xətlə davam edən iqtisadi əlaqələrin mövcud vəziyyətindən, Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqının strateji tərəfdaşı kimi regional əhəmiyyətli layihələrdə birgə əməkdaşlığından, eləcə də ötən dövr ərzində TACIS Proqramı çərçivəsində Azərbaycana ayrılan texniki yardımların əhəmiyyətindən məlumat verib.

İclasda həmçinin layihənin idarəetmə heyətinin və benefisiar təşkilatların təqdimatları və çıxışları dinlənilib. İclasın yekunu olaraq, qiymətli kağızlar bazarının inkişafına dair TACIS Proqramı çərçivəsində texniki yardımın növbəti mərhələsi üzrə fəaliyyət istiqamətləri və tədbirlər planı müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR