Bank Of Baku

Asiya İnkişaf Bankının dəmir yolu missiyası Azərbaycana gəlib

Asiya İnkişaf Bankının dəmir yolu missiyası Azərbaycana gəlib
# 29 may 2009 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankının (AİB) dəmir yolu missiyasının Azərbaycana səfəri başlayıb.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın nümayəndə heyəti Azərbaycanda icrası nəzərdə tutulan «Dəmir yolu sektorunun modernləşməsi Layihəsi»nin hazırlanması (Preparing the Railway Sector Development Project) ilə əlaqədardır. «Mayın 31-dək davam edəcək səfər çərçivəsində missiyanın nümayəndələri Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi və Dünya Bankının Bakı ofisində bir sıra görüşlər keçirəcək», - deyə AİB nümayəndəsi bildirib.

AİB-in nümayəndə heyətinə bankın nəqliyyat sahəsi üzrə aparıcı iqtisadçısı Tomomi Tamaki (Tomomi Tamaki) başçılıq edir.

Qeyd edək ki, hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək Layihəsi həyata keçirilir. Sözügedən layihə Şərq-Qərb dəmir yolu xəttinin reabilitasiyası layihəsi çərçivəsində realizə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR