Bank Of Baku

Azərbaycanda bank kreditlərinin həcmi apreldə artmağa başlayıb

Azərbaycanda bank kreditlərinin həcmi apreldə artmağa başlayıb
# 29 may 2009 08:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfelinin həcmi 2009-cu ilin may ayının 1-nə 6 102,4 mln. manat təşkil edib ki, bu da ötən ilin mayın əvvəli ilə müqayisədə 1 026,9 mln. manat və ya 20,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, eyni zamanda cari ilin əvvəlindən bankların məcmu kredit portfeli 914,4 mln. manat və ya 13% azalıb.

Kreditləşmənin zəifləməsi bankların ümumi aktivlərinin azalması ilə paralel baş verir. Belə ki, Azərbaycandakı kommersiya banklarının məcmu aktivləri ilin əvvəlindən 1 274,3 mln. manat və ya 12,4% azalıb. Bu da maliyyə böhranı və onun mənfi nəticələrinə görə banklarda yaranmış likvidlik problemi və kreditləşməyə ehtiyatla yanaşması səbəbi ilə bağlıdır.

Kredit portfeli üzrə ilin əvvəlindən yaranmış azalma tendensiyası yalnız apreldə sona çatıb ki, nəticədə kreditlərin həcmi aprel ayında 64,6 mln. manat və ya 1,1% artıb.

Göründüyü kimi, aktivlərin dörd ay ərzində müşahidə olunmuş azalması əsasən aktivlərin tərkib hissəsi olan kreditlərin azalması nəticəsində baş verib. Belə ki, kredit portfelinin azalması aktivlərin azalmasının 72%-ni təşkil edib. Qalan hissə isə əsasən banklar tərəfindən əsas vəsaitlərin alınması və qiymətli kağızlara investisiyaların azalması hesabına formalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR