Bank Of Baku

Azərbaycan 2009-cu il dövlət büdcəsinə dəyişiklik etməyəcək

Azərbaycan 2009-cu il dövlət büdcəsinə dəyişiklik etməyəcək
# 29 may 2009 09:24 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı sənədin parlamentə daxil olması gözlənilsə də, bu, baş verməyib. Ç.Əsədullayev deyib ki, burada qeyri-adi heç nə yoxdur: «Bu, normal prosesdir».

Xatırladaq ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri 12 355 mln. manat səviyyəsində təsdiq edilib. Bu il neftin baza qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR