Məruzəyə əsasən, inkişaf etmiş ölkələrdə baş verən iqtisadi geriləmə həm inkişafda olan ölkələrin, həm də ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə iqtisadi geriləmə 3,9% təşkil edəcək, yəni dünya üzrə ümumi göstəricidən daha yüksək olacağı proqnozlaşdırılır.
Eyni zamanda, keçid dövrü yaşayan ölkələr (bura Şərqi Avropa və MDB ölkələri daxildir) üzrə ÜDM-in azalma proqnozu daha da mənfidir və 5,1%, o cümlədən Şərqi Avropa üzrə 1,9%, MDB üzrə isə 5,4% təşkil edir:
| 2004-2007 | 2008 | 2009 | 2010 | ||
Əsas ssenari | Nikbin ssenari | Bədbin ssenari | ||||
Dünya | 3.8% | 2.1% | -2.6% | 1.6% | 2.3% | 0.2% |
İnkişaf etmiş ölkələr | 2.6% | 0.8% | -3.9% | 0.6% | 1.1% | -0.4% |
Keçid dövrü ölkələri | 7.6% | 5.3% | -5.1% | 1.4% | 2.4% | -0.5% |
o cümlədən, MDB | 7.8% | 5.4% | -5.4% | 1.5% | 2.5% | -0.6% |
Şərqi Avropa | 5.3% | 4.2% | -1.9% | 1.0% | 1.8% | -0.3% |
İnkişafda olan ölkələr | 7.1% | 5.4% | 1.4% | 4.3% | 5.5% | 2.0% |
BMT ekspertlərinin fikrincə, MDB regionunda təbii sərvətlərlə zəngin olan ölkələr böhrana qarşı müxtəlif və faydalı tədbirlər həyata keçirib ki, buna da neftin qiymətləri yüksək səviyyədə olduğu dövrdə yığılmış ehtiyatlar imkan yaradıb. Nəticədə, bu ölkələrə böhranın təsiri daha az olub. Regionun digər ölkələri isə dəstək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməyə məcbur olub. O cümlədən, Belarus, Ermənistan, Qırğızstan və Ukrayna BVF ilə müvafiq sazişlər imzalayıb.
Məruzədən, həmçinin qeyd olunmuş cədvəldən görünür ki, həm cari ildə, həm də gələn il inkişaf etmiş ölkələr dünya iqtisadiyyatının bərpası və artmasında aparıcı rolu oynayacaq.
BMT-nin ekspertləri iqtisadiyyatın geriləməsi nəticəsində bir sıra ölkədə sosial və hətta siyasi vəziyyətin pisləşməsi ehtimalının olduğunu vurğulayırlar. Bundan başqa, BMT yaxın iki il ərzində 50 mln. nəfərin iş yerini itirəcəyini qeyd edir və hətta iqtisadiyyatın bərpasının 2010-cu ildə deyil, daha gec başlayacağı təqdirdə, bu rəqəm iki dəfə arta biləyini istisna etmir.