Bank Of Baku

Azərbaycanda bankların kapitallaşması ilin əvvəlindən 6% artıb

Azərbaycanda bankların kapitallaşması ilin əvvəlindən 6% artıb
# 29 may 2009 11:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalının həcmi 2009-cu ilin may ayının 1-nə 1 583,8 mln. manat təşkil edib ki, bu da ötən ilin mayın əvvəli ilə müqayisədə 437,8 mln. manat və ya 28,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bankların məcmu kapitalı 92,1 mln. manat və ya 6,2% artıb.

Ötən il ərzində bankların məcmu kapitalının artımı ümumilikdə 482,6 mln. manat təşkil edib. Beləliklə, bu göstəricinin orta aylıq artımı 40,2 mln. manata bərabər olub. Cari ilin ilk dörd ayı ərzində həmin göstərici isə 23 mln. manat təşkil edib. Yəni, bank sisteminin digər göstəriciləri kimi kapitallaşmanın artımı dayandırılmasa da, artım templəri ötən ilə nisbətən ikiqat düşüb.

Qeyd edək ki, bankların məcmu kapitalı nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəətdən formalaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR