Bank Of Baku

«Günay Bank» İnternet-bankçılıq xidmətlərinin tətbiqinə hazırlaşır

«Günay Bank» İnternet-bankçılıq xidmətlərinin tətbiqinə hazırlaşır
# 29 may 2009 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Bank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın iki ay ərzində İnternet-bankçılıq xidmətlərinə başlayacaq.

Bankın İdarə Heyətinin sədr müavini Vüqar Mirheydərovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq müştərilər www.gunaybank.az saytında bütün bank xidmətlərini internetlə həyata keçirə bilərlər.

V.Mirheydərov yaxın vaxtlarda «Günay Bank» tərəfindən SMS-bankçılıq xidmətinin də tətbiq olunacağını bildirib.

Qeyd edək ki, bu, bankın ilk internet bank xidməti hesab olunur.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 28,580 mln. manat, kredit portfeli 31,582 mln. manat, depozit portfeli 5,307 mln. manat, məcmu kapitalı 11,759 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,892 mln. manata təşkil edib.

Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR