Bank Of Baku

Azərbaycanda bir sıra auditor şirkətinə ciddi xəbərdarlıq edilib

Azərbaycanda bir sıra auditor şirkətinə ciddi xəbərdarlıq edilib
# 30 may 2009 10:36 (UTC +04:00)
Palatadan «Ekspert Audit – Konsaltinq» MMC-yə verilən 018127 saylı lisenziyanın dayandırılmasını şirkətin 2008-ci ilin I yarımilliyi üzrə fəaliyyətinə dair hesabatı təqdim etməməsi, Auditorlar Palatası haqqında əsasnamənin şərtlərini yerinə yetirmədiyi, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Palataya üzvlük haqqını ödəməməsi ilə əlaqələndiriblər.

Auditorlar Palatası həmçinin, sərbəst auditorlar Məmmədəli Bayramov və Ziya Qurbanlıya, «Baker Tilly Audit Azərbaycan» MMC, «Caspian Business Consultants» MMC, «Deloitte & Touch» MMAC, «G & A auditor firması» MMM, «Rəhbər – Audit» MMC və Şəmkir rayon auditor təşkilatına hesabatı sistemli olaraq gec təqdim etdiklərinə görə ciddi xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, belə hallara bir də yol verəcəkləri təqdirdə həmin auditorların və şirkətlərin lisenziyalarının dayandırılması məsələsinə baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR