Bank Of Baku

«Atasığorta» yeni baş ofisdə fəaliyyətə başlayıb

«Atasığorta» yeni baş ofisdə fəaliyyətə başlayıb
# 01 iyun 2009 06:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atasığorta» şirkəti bu gündən yeni baş ofisdə fəaliyyətə başlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakının Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşir.

Şirkət tərəfindən icarəyə götürülən binanın (Yeni Həyat Kompleksi) I və IX mərtəbəsi «Atasığorta» şirkətinin baş ofisi kimi fəaliyyət göstərir.

Qeyd edək ki, şirkət əvvəl Bakı şəhəri, N. Nərimanov küçəsi, 55 ünvanında yerləşib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.

Cari ilin aprel ayının 1-nə şirkətin topladığı sığorta haqlarının həcmi 0,673 mln. manat, ödənişləri isə 0,117 mln. manat, nizamnamə kapitalı isə 2 mln. manat təşkil edib.

Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR