Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.
Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2009-cu il aprel ayının 1-nə olan aktivlərinin həcminə görə sıralanıb:
Banklar |
Aktivlər (mln. AZN) | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 3 308,797 |
2 | Bank Standard | 539,286 |
3 | Texnika Bank | 431,483 |
4 | Xalg Bank | 386,153 |
5 | UniBank | 374,181 |
6 | Kapital Bank | 341,534 |
7 | Nikoil Bank | 289,249 |
8 | Bank Respublika | 274,978 |
9 | AccessBank | 229,790 |
10 | Azerdemiryolbank | 213,029 |
11 | Paşa Bank | 207,817 |
12 | AGBank | 204,767 |
13 | Bank of Baku | 166,348 |
14 | AtaBank | 153,350 |
15 | Zamin Bank | 136,403 |
16 | Bank of Azerbaijan | 117,086 |
17 | Royal Bank of Baku | 113,087 |
18 | Yapı Kredi Bank Azerbaijan | 112,096 |
19 | Muğan Bank | 108,783 |
20 | Rabitabank | 85,605 |
21 | Turan Bank | 80,563 |
22 | Para Bank | 71,411 |
23 | Əmrahbank | 61,442 |
24 | Azərbaycan Sənaye Bankı | 61,373 |
25 | Kredo Bank | 47,339 |
26 | Bank Avrasiya | 46,724 |
27 | Azərnəqliyyatbank | 46,420 |
28 | Azər-Türk Bank | 44,503 |
29 | NBCBank | 40,425 |
30 | Atrabank | 34,956 |
31 | United Credit Bank | 32,598 |
32 | Qafqaz İnkişaf Bankı | 32,012 |
33 | Deka Bank | 31,419 |
34 | Debut Bank | 30,636 |
35 | Gəncə Bank | 30,129 |
36 | Melli İran Bankı Bakı | 29,987 |
37 | Günay Bank | 28,580 |
38 | Azərbaycan Kredit Bankı | 27,405 |
39 | Kövsər Bank | 16,843 |
40 | Azfinansbank | 10,563 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub.
Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 4,121 mlrd. ABŞ dolları) ölçülür.
Təqdiredici haldır ki, cədvəldə sonrakı iki yeri özəl bank təşkilatları - «Bank Standard», və «Texnika Bank» tutub. Bu isə Azərbaycanın qeyri-dövlət bank sektorunun dinamik inkişafından xəbər verir.
Cədvəldən göründüyü kimi, yalnız 12 bankın aktivlərinin həcmi 200 mln. manat (01.04.2009-cu il vəziyyətinə - 249,097 mln. ABŞ dolları), 19 bankın aktivləri 100 mln. manat həddini (124,549 mln. ABŞ dolları), daha 5 bankın aktivlərinin həcmi isə 50 mln. manat (62,274 mln. ABŞ dolları) həddini üstələyib.